525.Az

Havanın temperaturu artacaq


 

Havanın temperaturu artacaq

Sentyabrın 16-17-də respublika ərazisində hava şəraitinin nisbətən sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bazar günü Bakıda və Abşeron yarımadasında sentyabrın 16-da hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 16-20, gündüz 26-30 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sentyabrın 16-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 16-21, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.

 





15.09.2012    çap et  çap et