525.Az

Zimbabvedə 1 ABŞ dolları yerli valyutaya nisbətdə 35 kvadrillion olub


 

Zimbabvedə 1 ABŞ dolları yerli valyutaya nisbətdə 35 kvadrillion olub<b style="color:red"></b>

Zimbabve hakimiyyəti milli valyutanı tam ləğv etmək qərarına gəlib.

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, iyunun 15-dən başlayaraq zimbabvelilər banklardakı əmanətlərini ABŞ dollarına dəyişmək imkanı əldə edəcək. 
 
Qeyd edək ki, 1 ABŞ dollarının yerli valyutaya - Zimbabve dollarına nisbətdə məzənnəsi 35 kvadrillion (35 000 000 000 000 000) səviyyəsində müəyyən edilib.  
 
Xatırladaq ki, 2008-ci ildə ölkədə baş vermiş hiperinflasiya nəticəsində yerli valyutanın məzənnəsi 500 mlrd faiz aşağı düşüb.
 
2009-cu ildə yerli valyutanın istifadəsinə qadağa qoyulduğundan dövriyyəyə ABŞ dolları və Cənubi Afrika Respublikası rendi daxil olub. 

 





12.06.2015    çap et  çap et