525.Az

Məşhur filmlərin qəhrəmanı dünyasını dəyişdi


 

Məşhur filmlərin qəhrəmanı dünyasını dəyişdi<b style="color:red"></b>

“Üzüklərin hökmdarı” trilogiyasında Saruman obrazı ilə tanınan britaniyalı aktyor Kristofer Li 93 yaşında dünyasını dəyişib.

Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, aktyor nəfəs yollarındakı tıxanma səbəbindən müalicə olunduğu xəstəxanada ölüb.

Kristofer bazar günü vəfat etsə də, 50 illik həyat yoldaşının istəyinə əsasən, mərhumun ailə üzvləri məlumatlandırılana qədər xəbər mediadan gizli saxlanılıb. 

Kino karyerasına 1947-ci ildə başlayan Kristofer Li 250-dən artıq filmə çəkilib. Onlardan 69-u qorxulu janrdadır. O, “Drakula” filmində eyniadlı obraz ilə xüsusilə tanınır.
 
Bundan başqa, Li “Ulduz döyüşləri”, “Üç müşketyor”, “Alisa möcüzələr diyarında”, “Hobbit” kimi məşhur filmlərdə rol alıb.

 





12.06.2015    çap et  çap et