525.Az

Moldova baş naziri istefa verib


 

Moldova baş naziri istefa verib<b style="color:red"></b>

Moldova baş naziri Kirill Qaburiç istefa verib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, müvafiq qərarı K. Qaburiç Kişinyovda keçirdiyi brifinqdə açıqlayıb.
 
“Dünən məni təhsillə bağlı sənədlərin saxtalaşdırılmasına görə Baş Prokurorluğa çağırıblar. Bu, bəzi məmurların istefaya göndərilməsi zərurəti ilə bağlı bəyanatımdan sonra baş verib. Mən rəsmən istefa verdiyimi bəyan edirəm”, - deyə o vurğulayıb.
 
Xatırladaq ki, A. Qaburiç 2001-2008-ci illərdə Moldovanın “Moldcell” mobil rabitə şirkətində müxtəlif vəzifələrdə çalışıb. 2008-ci ilin noyabrın 1-dən həmin şirkətin baş direktoru postuna təyin olunub. 2012-ci ildən 2014-cü ilin dekabr ayınadək isə A. Qaburiç “Azercell Telekom”un prezidenti olub.

 





12.06.2015    çap et  çap et