525.Az

İlham Əliyev Putinlə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib


 

İlham Əliyev Putinlə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib<b style="color:red"></b>

Rusiya və Azərbaycan prezidentlərinin şənbə günü keçirilən görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mövzusuna da toxunulub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
 
O bildirib ki, Vladimir Putinlə İlham Əliyev arasında keçirilən görüşdə Rusiya-Azərbaycan ikitərəfli münasibətləri müzakirə olunub:
 
“Bu münasibətlər çoxvektorlu, çoxistiqamətlidir. Bizim münasibətlərin ölçüləri çox detallı müzakirə olundu. Qarabağ mövzusuna da toxunuldu”.

 





16.06.2015    çap et  çap et