525.Az

Özü bizimkidir, sözü dünyanın- Rübailin şeirləri


 

Özü bizimkidir, sözü dünyanın- <b style="color:red">Rübailin şeirləri</b>

Nizami Gəncəviyə

Bizim fəxrimizdən pay umur hamı

Həmişə ondadır gözü dünyanın.

Canında aləmin sirr dolu camı

Özü bizimkidir, sözü dünyanın.

Beş ulduz başında hikmətin tacı

Hər ulduz dünyanın sirr xəzinəsi.

Hamının dahiyə var ehtiyacı

Dünyadan böyükdür söz xəritəsi.

Onun əbədilik yaşamaq haqqı

Bəlkə ən böyük mükafatıdır.

yaxşı öldürmək olmayıb haqqı

Onun söz həyatı öz həyatıdır.

Keçmiş xəbər verir hər sabahından

Hikmət mərkəzi var söz külçəsində.

Tanrı, əgər varsa keç günahımdan

Farsı da mat qoyduq öz ləhcəsində.

Sirr xəzinədir açarı onda

Gah açır, gah ki, bağlayır özü.

Kəhərin qanadlı uçarı onda

Çağlayan zamandı, çağladan özü.

Nizami gəlmişdi bəlkə göydən

Ruhu da göylərdə yaşayır hələ.

İnsanlıq ölübdüdesə hərdən

İnsanlıq yükünü daşıyır hələ.

Baxmır

Dilim başıma bəla

Sözüm sözümə baxmır.

Az qalır ki, qan sala

Gözüm özümə baxmır.

Qoymamışam tək qala

Tənhalıqdan borc ala

Neyləmişəm vüsala

Dönüb üzümə baxmır.

Həsrətin yolu hara

Çəkilib uzaqlara

Dalbadal vurur yara

Dözüm dözümə baxmır.

Əhsən dedik vüqara

Yüz yol çəkildi dara

Şərabın üzü qara

Dönüb üzümə baxmır.

Vəfa ömrün vüqarı

Qoruyar etibarı

Xəcalət qurbanları

Dönüb gözümə baxmır.

Azadlığa təslim ol

Yolu açıq günü bol

Ləpirdən yaranan yol

Dönüb izinə baxmır.

           

Möcüzələr süfrəsi


Möcüzələr
süfrəsi

Yerlə-göy xəritəsi

Gözəlliyin sinəsi

Varaq-varaq kağızlar.

Küləklərlə səpilər

Qucaqlara təpilər

Məktub olub öpülər

Dodaq-dodaq kağızlar.

Qələmlərlə yazılar

Ələmlərlə qazılar

Neçə səmtə yozular

Qalaq-qalaq kağızlar.

Keçənləri izləyər

Yığıb məqam gözləyər

Neçə sirri gizləyər

Maraq-maraq kağızlar.

Girov olub satılar,

Cinayətə qatılar

Ocaqlara atılar

Qucaq-qucaq kağızlar.

Dönüb pul olmağı var

Qalıb dul olmağı var

Qula qul olmağı var

Qınaq-qınaq kağızlar.

Hökmün yükü belində

İflası lal dilində

Əsər cəllad əlində

Yarpaq-yarpaq kağızlar.

Göydən suallar gələr

Sayı yox ulduz qədər

Cavab üçün daş dələr

Soraq-soraq kağızlar.

kağız sahib gəzər

Xəyaldan hikmət üzər

Kitab olub ev gəzər

Qonaq-qonaq kağızlar.

Hər xəttə dözümü var

Yazana sözümü var

Əyri-düz düzümü var

Zolaq-zolaq kağızlar.

Yuxuları qaçırar

Neçə sirrin hikməti

Sinəsində açılar

Haqq ya nahaq, kağızlar.

R.S.

Kağızlar içində itib-batmışam

Qələm qayıq olub sahilə üzmür.

Ömrü bir quruca sözə satmışam

alır, ki, əlini üzmür.

                                  

Qorxuram

İstəmərəm bir daha

Həsrətlə çağlayasan

Ölməkdən qorxmuram ha

Qorxuram ağlayasan.

Çıxıb təzə sabaha

Gülə bənzər gül əllər

Gülməkdən qorxmuram ha

Birdən mənə güləllər.

Dəyişəcək fəsillər

Gedəndən qorxmuram ha

Qorxuram xatirədən

Məni pozub silələr.

Qələmlə dostluğum yox

Şahiddi ötən illər

Qorxuram sirr sözümü

Yaza yadlar bilələr.

Təkcə yaşıllıq görür
Ləçək açılanda güllər

Qorxuram ki budaqda

Yaza qala xəzəllər.

Gözəlliklə etibar

Gah düz, gah tərs gəlirlər

Qorxuram ki çoxala

Vəfadan kəm gözəllər.

           

Xəbərçiyə

Ünvanımı bəlaya

Kim verdi, kim bilmirəm

Pünhanımı bəladan

Alıb silə bilmirəm.

qəm vardı dünyada

Gərək məni tutaydı?

Suallar zərbəsiylə

Gərək çalıb-çapaydı?

Əlacın özü xəstə

Şəfa tapa bilməyir

Qismətin boyu bəstə

Əli boya yetməyir.

Bəlanın ünvanını

Axtarıram sözüm var.

Eşq oduna salacam

Görək kimdə dözüm var.

                                    

Yer günəşdən asılıb


Yer
günəşdən asılıb

Zənciri mələkdədi

Üzülmək qorxusu var

Xəncəri fələkdədi.

Sel olub daşması var

İldırım saçması var

Öldürüb qaçması var

Xəbəri küləkdədi.

Keçmişini gəzirik

Yeri qazıb əzirik

Məzar üstə gəzirik

Tarixi bələkdədi.

Bizi kim yerə əkdi

Sonra şəklini çəkdi

Bu torpaq hələ təkdi

Həyat da bu təkdədi.

Tikilənlər sökülür

Bükdürənlər bükülür

Bu qədər qan tökülür

Günahı ürəkdədi.

Əsrin titrəyir dizi

üzü qara üzü

Zaman ələyir bizi

Təqsiri ələkdədi.

           

Ehtiyac

Ehtiyac möhtacın ümid yüküdü

Bu yükün altında yaşayırıq biz,

Ehtiyac hər kəsin tale mülküdü

Sanki xurcundadı gecə gündüz.

İşığı şirindi, zülməti acı

Bəs niyə gecədən doğulur səhər

Qaranlıq həmişə işığın acı

Gecələr zülmətdə yaşayır kədər.

Ehtiyac möhtacı öldürür, fəqət

Möhtac ehtiyacı öldürə bilmir.

Arzu ehtiyaca dönürhəqiqət

Tale arzuları güldürə bilmir.

Ürəkdə yaşayır günün istisi

Bütün bəşər möhtac bu ehtiyaca

Günəş yanan işıq, zülmət tüstüsü

Ulduzlar soyuq göz, kainat baca.

Ehtiyac borclu görən möhtaca

Məqam gəzir verib borcdan qurtarsın

Ehtiyac qədimdir, möhtacdır qoca

İstəməz ki, borclu qalıb utansın.

                                  

Heyif ki...

Dünya bizi güldürməyə can atır

Biz dünyanı ağlatmağa heyif ki...

Zaman yara vurur qəlbə qanadır

Məlhəm çatmır sağaltmağa heyif ki...

           

Durnaları ötürməyə gedirəm

Lələkləri götürməyə gedirəm

Arzuları bitirməyə gedirəm

Ömür çatmır yaşatmağa heyif ki...

Əsir torpaq sahibini səsləyir

Ürəyində intiqamı bəsləyir

Qayaları mürgüləyir, əsnəyir

İmkan yoxdu daş atmağa heyif ki...

Azmı boğub qaranlıqlar işığı

Çömçə qalıb böyüyüblər qaşığı

Vaxt olub ki, qoymayıblar aşiqi

Ürəyini boşaltmağa heyif ki...

                                  

Bilirsənmi

Çöhrən səhər, zülfün gecə

Gözlərin ulduz kimidi

Dodaqların yanır necə

Yanaqların buz kimidi.

Saçların gecə asiman

Hörüklərin ilan deyil

Ruhum orda itdi, inan

Dediklərim yalan deyil.

Nurlu səhər, aylı gecəm

Günüm, ayım, ilimsənmi?

Ömür necə keçir, necə

Sayırsanmı, bilirsənmi?

 





17.12.2012    çap et  çap et