525.Az

Radomir Todorov: “Hədəf yalnız 3 xaldı”


 

Radomir Todorov: “Hədəf yalnız 3 xaldı”

“Çətin oyun olacaq. Çünki iki əzəli rəqib üz-üzə gəlir. Bu oyuna çox yaxşı hazırlaşmışıq. “Neftçi” güclü komandadır, onlara hörmətimiz var, amma bizim hədəfimiz yalnız 3 xaldı”.

Bu sözləri Qol.Az-a açıqlamasında bugün Azərbaycan Premyer Liqasının V turu çərçivsində Bakıda “Neftçi”nin qonağı olacaq “Xəzər Lənkəran”ın bolqarıstanlı müdafiəçisi Radomir Todorov deyib.

O, qələbə qazanmaqla çempionluq yolunda mühüm addım atmaq niyyətlərində olduqlarını gizlətmir:  “Səfərdə oynasaq da bu, o demək deyil ki, 1 xalı özümüz üçün sərfəli nəticə sayacağıq. Çempionluğu hədəfləyən komanda hər oyuna qələbə üçün çıxmalıdır. Düzdür, hələ qarşıda uzun marafon var. Ancaq bugünkü oyunda qazanılacaq qələbə bizim üçün çox mühüm əhəmiyyət kəsb edəcək”.

Qeyd edək ki,  bu gün saat 17:00-da İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda start götürəcək oyun AZTV və “İdman Azərbaycan” telekanalları  vasitəsilə canlı yayınlanacaq.

 





15.09.2012    çap et  çap et