525.Az

Mədəniyyətimizdə dini layihə- KLİP


 

Mədəniyyətimizdə dini layihə- <b style="color:red">KLİP</b>

Əməkdar artist, tanınmış müğənni Aybəniz Haşımova yeni “Səni sevən nicat tapar” klipini təqdim edib.
 
ANS PRESS-in məlumatına görə, Heydər Əliyev Fondunun təşkilati dəstəyi ilə ərsəyə gələn layihədə Aybəniz xanımla yanaşı əməkdar artist Firuzə İbadova, "Bülbüllər" qrupunun solisti Müşviq Əliyev, "Xalq Ulduzu-6" yarışmasının finalçıları Vüqar Ağasiyev, Babək Quliyev, Əsgər İsmayılov, Zümrüd Məmmədova iştirak edib. Aktroy, xalq artisti İlham Əsgərov isə klipdə şeir parçası söyləyib.

Dini mövzuda olan klipin çəkilişləri Şirvanşahlar sarayında, Bibiheybət məscidində və digər yerlərdə lentə alınıb. Klipin rejissoru Rövşəndir.

Qeyd edək ki, “Səni sevən nicat tapar” mahnısının sözləri Siruz Abasbəylinin, musiqisi İsmayıl Dadaşovundur. Aranjirovka Emil Haşımovundur. Layihənin ideya müəllifi Siruz Abasbəyli, rejissoru Rövşən, operatoru Əli Sultanovdur.

 





17.12.2012    çap et  çap et