525.Az

Gümrüdə etiraz aksiyası


 

Gümrüdə etiraz aksiyası <b style="color:red"></b> Ermənistanın Gümrü şəhərində Teatr meydanında etiraz aksiyası keçirilir.
 
APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, etirazçılar İrəvanda  Serj Sarkisyanın iqamətgahı yerləşən Baqramyan prospektində keçirilən aksiyaya dəstək nümayiş etdirirlər.
 
Meydana toplaşanlar bildirib ki, İrəvanda etirazçılara qarşı güc tətbiq edildiyi təqdirdə Gümrü sakinləri buna biganə qalmayacaqlar.
 
Xatırladaq ki, ötən axşamdan İrəvanda minlərlə nümayişçi elektrik enerjisi qiymətlərinin artmasına etiraz edirlər.
 





23.06.2015    çap et  çap et