525.Az

ABŞ prezidentlərinin keçmiş aşpazı ölü tapıldı


 

ABŞ prezidentlərinin keçmiş aşpazı ölü tapıldı<b style="color:red"></b>

Ağ evin keçmiş baş aşpazı Uolter Şeyb iyunun 22-də Nyu-Meksikodakı dağda ölmüş halda tapılıb.

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Şeyb iyunun 13-dən itkin düşmüş sayılırdı. Onun yoxa çıxması ilə bağlı polisə qohumlarından biri xəbər verib. Onu sonuncu dəfə Taos şəhəri yaxınlığında görmüşdülər.

Şeybin cəsədi yoxa çıxdığı yerin yaxınlığında aşkarlanıb. İlkin ehtimala görə, 61 yaşlı aşpaz təklikdə dağ gəzintisinə çıxıb. Onun ölümünün səbəbi araşdrılır.

Uolter Şeyb 10 il Ağ evin baş aşpazı olub. Onu  1994-cü ildə o zamankı birinci ledi Hillari Klinton işə götürüb.

 





23.06.2015    çap et  çap et