525.Az

Yerevandakı aksiyada saxlanılanlar 237 nəfərə çatır


 

Yerevandakı aksiyada saxlanılanlar 237 nəfərə çatır<b style="color:red"></b>

Yerevanda elektrik enerjisinin qiymətinin artırılmasına etiraz edərək keçirilən və güc strukturlarının vəhşicəsinə müdaxiləsi nəticəsində saxlanılan şəxslərə qarşı cinayət işi açılacaq.
Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, saxlanılanların sayı 237 nəfərdir və onların bir hissəsinə xuliqanlıq maddəsi ilə ittiham elan ediləcək.

İyunun 23-də Ermənistan polisi Yerevanın Baqramyan prospektindəki oturaq aksiya iştirakçılarının ərazidən uzaqlaşdırılması məqsədilə əməliyyat keçirib. Güc tətbiqi iyunun 23-də yerli vaxtla saat 05:25-də başlayıb.

Nəticədə polislə aksiya iştirakçıları arasında gərginlik yaranıb.

 





23.06.2015    çap et  çap et