525.Az

İrəvanda kütləvi etiraz aksiyası davam edir


 

İrəvanda kütləvi etiraz aksiyası davam edir<b style="color:red"></b>

İrəvanın mərkəzində elektrik enerjisi tariflərinin qaldırılmasına etiraz edən aksiya iştirakçıları yenidən mərkəzi Baqramyan prospektində oturaq piket keçirmək qərarına gəliblər.

APA-nın “NEWS.am”a istinadən verdiyi xəbərə görə, hazırda etirazçılar Ermənistan Yazıçılar İttifaqının binası qarşısında toplaşıblar. Polis onlara irəli hərəkət etməyə imkan vermir. 
 
“Novosti Armeniya” agentliyinin məlumatına görə, polis aksiya iştirakçılarının 5 nümayəndəsinə prezident Serj Sarkisyanla görüşməyi təklif edib. Aksiya təşkilatçıları bu təklifi ümumi müzakirəyə çıxarmaq niyyətindədirlər. 
 
Qeyd edək ki, ötən gün də prezident 3-4 etirazçını qəbul etməyə hazır olduğunu  bildirmişdi, lakin bu təklif etirazçılar tərəfindən rədd edilmişdir.  Polis etirazçıları dağılışmağa çağırır.
 
Hazırda etirazçılar polislə özləri arasında zibil qutularından sədd yaradaraq onları döyəcləyirlər.  

 





24.06.2015    çap et  çap et