525.Az

Gizli Mason təşkilatına türk rəhbərlik edəcək


 

Gizli Mason təşkilatına türk rəhbərlik edəcək<b style="color:red"></b>

Vaşinqtonun ən gizli mason təşkilatlarından olan “Potomac” lojasının liderliyinə türk əslli Çetin Durak təyin edildi.

“Doğan” agentliyinin (DHA) yaydığı məlumata görə, ötən gün keçirilən “Installation ceremony” tədbirindən sonra Durak vəzifəsinin icrasına başlayıb. Məlumata görə, ABŞ-ın nüfuzlu ali təhsil ocaqlarında təhsil alan Çetin Durak biznes dünyasında da böyük uğurlara imza atıb.

Qeyd edək ki, Çetin Durak Amerikanın Vaşinqton şəhərində Türkiyə adına lobbiçilik fəaliyyəti ilə məşğul olan Ünal Durakın oğludur.

Xatırladaq ki, Den Braunun “The Lost Symbol” (İtrilmiş Simvol) kitabında bəhs edilən “Potomac” lojası Amerikanın qurucularından olan Corc Vaşinqtonun toxmağını (məhkəmə çəkici) öz əlində saxlayır. Məlumata görə, “Kəşfiyyatçıların locası” kimi də məşhur olan “Potomac”ın üzvləri arasında CIA və FBI-ın bir çox nüfuzlu əməkdaşları da var.

anspress

 





18.12.2012    çap et  çap et