525.Az

Suraxanıda Dövlət Qulluqçuları Günü qeyd olundu


 

Suraxanıda Dövlət Qulluqçuları Günü qeyd olundu<b style="color:red"></b>

Dünən Suraxanı rayonunda Dövlət Qulluqçuları Günü qeyd edilib. Tədbirdə Suraxanı rayonunda çalışan dövlət qulluqçuları iştirak edib.

Rayon İcra Hakimiyyəti saytınını yaydığı xəbərə görə, tədbirdə çıxış edən icra başçısı İlqar Abbasov bildirib ki, artıq 9-cu ildir dövlət qulluqçuları öz peşə bayramlarını qeyd edirlər. O, bu dəfəki peşə bayramının Bakıda keçirilən I Avropa Oyunlarına təsadüf etdiyini söyləyib. İ.Abbasov bildirib ki, "Bakı-2015"in hər keçən günü dünya idmanı tarixində yeni səhifə açır: "Azərbaycan idmançıları isə Avropanın ən yaxşıları olduqlarını öz möhtəşəm qələbələri ilə bir daha sübuta yetirirlər. Qazanılan medallar, əldə edilən nailiyyətlər Azərbaycanın sosial-iqtisadi inkişafı ilə yanaşı həm də idman ölkəsi olduğunu təsdiqləyir.

Dünya mətbuatının Avropa Oyunlarına Azərbaycanın yüksək təşkilatçılığına aid hazırladığı reportajlar, dərc edilən məqalələr bunun əyani sübutudur. Bütün bunlar hər birimizi qürurlandırır, sevindirir".

İlqar Abbasov vurğulayıb ki, 2000-ci ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin imzaladığı "Dövlət qulluğu haqqında" Qanun əsasında Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamı ilə təsis edilmiş həmin peşə bayramı bu mühüm sahədə çalışan şəxslərə hər il böyük sevinc bəxş etməklə yanaşı, həm də dövlət qulluqçularının bütün xalq qarşısında mənəvi hesabatına çevrilib: "Müstəqillik yolunda uğurla irəliləyən Azərbaycanın bugünkü qələbələrinin siyasi və iqtisadi əsaslarını yaratmış Ulu Öndər Heydər Əliyevin həyat yolu, dövlətçilik fəaliyyəti xalqa fədakarcasına xidmət nümunəsi olmuş və daim nümunə olaraq qalacaq. Heydər Əliyevin bütün insani keyfiyyətləri etalon sayıldığı kimi, idarəçilik sahəsində fəaliyyəti də dövlət qulluqçusunu səciyyələndirən ən yüksək meyardır".

Rayon rəhbəri qeyd edib ki, Heydər Əliyevin dövlətçilik ənənələri və dövlət qulluqçusu üçün olduqca zəruri olan keyfiyyətləri Prezident İlham Əliyev tərəfindən bu gün yaşadılır və böyük bacarıqla davam etdirilir: "Uğurlu dövlət quruculuğu siyasətinin ardıcıl həyata keçirilməsi nəticəsində respublikamızda dövlət idarəetmə sisteminin, o cümlədən, dövlət qulluğunun təkmilləşdirilməsi üçün mühüm işlər görülür. Biz xalq üçün çalışırıq, xalq üçün yaşayırıq və işləyirik" prinsipini əsas fəaliyyət kredosu kimi qəbul edən, hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu öz praktiki işləri ilə sübut edən cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin, xüsusilə, son 12 ilə yaxın  dövrdə qazandığı nailiyyətlər bütün dünyanı heyrətə gətirir.

Hər birimizin qarşısında duran mühüm vəzifələrdən birincisi vətəndaşlıq mövqeyindən çıxış etmək, ölkənin daha da qüdrətlənməsi üçün çalışmaq və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin siyasi kursuna dəstək verməkdir. Bu şərəfli vəzifələr naminə çalışmaq və əlindən gələni əsirgəməmək hər bir dövlət qulluqçusunun müqəddəs borcudur. Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin deputatı, UNESCO-nun və ISESCO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın həyata keçirdiyi fəaliyyət hər birimiz üçün nümunədir".

Sonda İlqar Abbasov qeyd ediv ki, rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşı - Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Kəmalə Quliyeva Azərbaycan Prezidentinin Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.

Tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini Əhməd Talıbov və digərləri vurğulayıblar ki, Suraxanı rayonunda çalışan dövlət qulluqçuları təmsil etdikləri dövlət orqanının etimadını, öz şərəf və ləyaqətlərini, ən başlıcası, hər bir vətəndaşın onlara bəslədikləri ümidləri tam doğruldacaqlar.

Tədbirdə dövlət qulluğunda səmərəli fəaliyyətinə, rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə rayonun bir qrup dövlət qulluqçusuna rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanları təqdim edilib.

 





24.06.2015    çap et  çap et