525.Az

Prokurorluqdan Gülər Əhmədovanın həbs olunması xəbərinə rəsmi münasibət


 

Prokurorluqdan Gülər Əhmədovanın həbs olunması xəbərinə <b style="color:red">rəsmi münasibət</b> Baş Prokurorluq sabiq millət vəkili Gülər Əhmədovanın həbs olunması ilə bağlı məlumatı təkzib edir.

Baş Prokurorluğun mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, Gülər Əhmədovanın həbs edilməsi ilə bağlı bəzi kütləvi informasiya vasitələrində yayılan informasiyalar həqiqəti əks etdirmir və tərəfimizdən təkzib olunur.

Hazırda qeyd edilən cinayət işi üzrə zəruri prosessual hərəkətlər həyata keçirilir. İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
 





18.12.2012    çap et  çap et