525.Az

DİN-in Metropolitendə Polis İdarəsinin rəis müavini yol qəzasında ölüb


 

DİN-in Metropolitendə Polis İdarəsinin rəis müavini yol qəzasında ölüb<b style="color:red"></b>

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

525.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Xətai rayonunda “Mercedes” markalı minik avtomobili və yük avtomobili toqquşub. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobilinin sürücüsü hadisə yerində ölüb və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb, sərnişini xəsarət alıb və xəstəxanaya aparılıb. Xilasedicilər sürücünün cəsədini müvafiq qaydada nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil verib.
 
Xətai Rayon Polis İdarəsindən isə APA-ya bildirilib ki, qəza nəticəsində dünyasını dəyişən şəxs Daxili İşlər Nazirliyinin Metropolitendə Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Mais Əhmədovdur.
 
3 saylı Şəhər Klinik xəstəxanasından APA-ya verilən məlumata görə, hadisə nəticəsində xəsarət almış sərnişin qadın olub. Onun kimliyi hələlik açıqlanmır.
 
Faktla bağlı araşdırma aparılır.

 





18.12.2012    çap et  çap et