525.Az

"Axmaq fikirləri olanlar "Patriot"lardan narahat ola bilərlər"


 

"Axmaq fikirləri olanlar "Patriot"lardan narahat ola bilərlər"<b style="color:red"></b>

NATO-nun baş katibi Anders Foq Rasmussen İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi Həsən Firuzabadinin ""Patriot"lar dünya müharibəsinə səbəb ola bilər" açıqlamasına sərt reaksiya verib.

Belçikanın baş naziri Elio Di Rupo ilə görüşən Rasmussen birgə mətbuat konfransında "Raketlərindən hücum məqsədilə istifadə etmək kimi axmaq fikirləri olanlar "Patriot"lardan narahat ola bilərlər" deyib.

Baş katib İran rəsmilərinin iddialarını qınadığını deyib və ən başdan etibarən "Patriot"ların Türkiyəyə müdafiə məqsədilə yerləşdiriləcəyini söylədiklərini vurğulayıb.

TRT

 





18.12.2012    çap et  çap et