525.Az

“Kia Motors Az”dan daha bir etiraz


 

“Kia Motors Az”dan daha bir etiraz<b style="color:red"></b> Son vaxtlar mətbuatda “Kia Motors Az” MMC və “Parabank” ASC-nin adları hallanır.

MMC-dən 525.az-a verilən məlumata görə, “Kia Motors Az” MMC və “Parabank” ASC ilə inkassasiya xidməti və bunkerdə pul və qiymətlilərin saxlama yeri icarəsi haqqında imzalanmış müqaviləyə əsasən “Kia Motors Az” MMC mütəmadi olaraq bankdan icarəyə götürdüyü inkassasiya avtomobili vasitəsilə öz salonlarından avtomobil satışından əldə olunan nağd pul vəsaitlərini toplayaraq MMC-nin kassasına mədaxil etmiş və sonradan saxlamaq üçün “Parabank” ASC-nin “Nəsimi” filialındakı saxlanc anbarına (bunkerə) göndərib. Bunkerdə toplanan vəsait MMC-nin rəhbərliyi tərəfindən verilən göstərişlərə əsasən mütəmadi olaraq bankdakı rəsmi hesablaşma hesabına qoyulmuş və oradan da lazımi istiqamətlərə (alınmış avtomobillərin dəyərinin, gömrük rüsumlarının və s. ödənilməsinə) köçürülüb. Bütün bunlar öz əksini rəsmi sənədlərdə tapıb.

2012-ci ilin iyul ayında “Parabank” ASC-nin “Nəsimi” filialının köçməsi ilə əlaqədar MMC-nin rəhbərliyi saxlancda olmalı olan 2829132,75 (iki milyon səkkiz yüz iyirmi doqquz min bir yüz otuz iki manat yetmiş iki qəpik) manat pul vəsaitinin MMC-nin bank hesabına qoyulması barədə göstəriş veib. Lakin 06.07.2012-ci il tarixdə bankın saxlanc anbarından (bunkerindən) bankın “Nəsimi” filialındakı MMC-yə məxsus hesablaşma hesabına 2140000,00 (iki milyon bir yüz qırx min manat) manat nağd pul vəsaiti qoyulmuşdur. Bankın saxlanc anbarında MMC-yə məxsus olan 689132,75 (altı yüz səksən doqquz min bir yüz otuz iki manat yetmiş beş qəpik) manat nağd pul vəsaiti əskik gəldiyi üçün bankın “Nəsimi” filialındakı MMC-yə məxsus hesablaşma hesabına qoyulmayıb.

Məlum olmuşdur ki, “Parabank” ASC-nin “Nəsimi” filialının xəzinədarı və mühasibi əlbir olaraq, gəlir əldə etmək məqsədilə sonuncunun qohumu vasitəsilə MMC-yə məxsus pul vəsaitlərini faizlə borca veribər.
 
Günahlarını tam etiraf edib, mənimsənən məbləği yaxın vaxtlarda ödəməyi söz vermişdirlər. 2013-cü ilin sentyabr ayınadək müxtəlif vaxtlarda ümumilikdə 161595 (yüz altımış bir min beş yüz doxsan beş) manat ödənilib. Sonra isə ödənişlər dayandırılıb, bu şəxslər müxtəlif bəhanələrlə ödənişdən boyun qaçırıblar.

Uzun müddət ödəniş aparılmadığından “Kia Motors Az” MMC-nin direktoru Səfərov Əşrəf Səxavət oğlu Bakı şəhər Prokurorluğunda davam edən cinayət işinə dair ifadə vermiş və 3 iyun 2015-ci il tarixdə “Kia Motors Az” MMC istintaq tərəfindən zərərçəkmiş qismində tanınıb.

Bundan sonra bankın “Nəsimi” filialının mühasibi etiraf etdiyi ümumilikdə 237000 manat məbləği “Kia Motors Az” MMC-nin direktoru Səfərov Əşrəf Səxavət oğluna protokol tərtib edilməklə (4 iyun 2015-ci il tarixdə 10000 manat və 9 iyun 2015-ci il tarixdə 227000 manat) ödəyib. Xəzinədar Kazımov Ülvi Elçin oğlu isə Bakı şəhər Prokurorluğu tərəfindən Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilərək barəsində Səbail rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hal-hazırda göstərilmiş cinayət işi davam etməkdədir.

Qeyd etmək istəyirik ki, çoxsaylı dövlət məmurlarına və orqanlarına, həmçinin kütləvi informasiya vasitələrinə göndərilmiş məlumat və müraciətlər həbs edilmiş şəxsin anası Kazımova Maya və nənəsi Cəbrayılova Vəzihənin adından yazılmış eyni mətnli qərəzli və böhtan xarakterli məlumatlardır. Bu üsuldan təzyiq vasitəsi kimi istifadə edərək Kazımov Ülvinin anası və nənəsi onu məsuliyyətdən azad etmək məqsədi güdürlər.

Güman edirik ki, istintaq zamanı bütün qaranlıq məqamlara aydınlıq gətiriləcək, MMC-yə dəymiş ziyana görə günahkar şəxslər məsuliyyətə cəlb ediləcək.

İstintaq tam bitəndən sonra MMC-nin illərlə əldə etdiyi imicinə dəymiş zərərin aradan qaldırılması üçün bütün lazımi tədbirlərin görülməsi və tərəfimizdən kütləvi informasiya vasitələrinə ətraflı məlumat verilməsi nəzərdə tutulur.
 





30.06.2015    çap et  çap et