525.Az

Zukerberq kommunikasiya texnologiyalarının mütərəqqi inkişaf mərhələsini açıqlayıb


 

Zukerberq kommunikasiya texnologiyalarının mütərəqqi inkişaf mərhələsini açıqlayıb<b style="color:red"></b> “Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq səhifəsində növbəti “Q&A” onlayn mətbuat konfransı keçirərək istifadəçilərin suallarını cavablandırıb.  
 

525.az-ın RYTN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, istifadəçilərin suallarından birini cavablandıran M.Zukerberq qeyd edib ki, gec-tez şüurun insandan insana tam ötürülməsi üçün texnologiya kəşf ediləcək. “Müəyyən mövzu barədə düşünən zaman dostlarınız sizin razılığınızla bu fikirləri dərhal paylaşa biləcəklər”, - o bildirib. Onun sözlərinə görə, bu, kommunikasiya texnologiyalarının inkişafında ən mütərəqqi mərhələ olacaq.
 
O, həmçinin şirkətin süni intellekt sahəsində apardığı tədqiqatlardan söz açıb. Onun sözlərinə görə, onların məqsədi “Facebook”un istifadəçilərin paylaşdıqlarının mənasını başa düşməkdir.
 
Məsələn, istifadəçi dostu ilə çəkdirdiyi fotoşəkili dərc edirsə, şəbəkə onun dostunun bu fotoşəkili görməsini təmin etməlidir, yaxud insan it ilə çəkdirdiyi fotoşəkili dərc edirsə, “Facebook” ona digər it həvəskarlarını tapmaqda yardımçı olmalıdır.
 
Bu məqsədlə sosial şəbəkə üçün informasiyanı insandan daha yaxşı anlayan və təhlil edən süni intellekt sistemi yaradılmalıdır, - “Vedemosti” yazır. 
 





02.07.2015    çap et  çap et