525.Az

Sabirabadda yol tikintisinə 3 milyon manat ayırılıb


 

Sabirabadda yol tikintisinə 3 milyon manat ayırılıb<b style="color:red"></b>

Azərbaycan prezidenti İlham Əliyev Sabirabad rayonunun Suqovuşan-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, 20 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Suqovuşan-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə 2015-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3 milyon manatı Sabirabad Rayon İcra Hakimiyyətinə ayrılıb.
 
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

 





02.07.2015    çap et  çap et