525.Az

Arif Yunusun cinayət işi məhkəməyə göndərilib


 

Arif Yunusun cinayət işi məhkəməyə göndərilib<b style="color:red"></b> Sülh və Demokratiya İnstitutunun həbsdə olan əməkdaşı Arif Yunusun barəsində olan cinayət işi üzrə materiallar məhkəməyə göndərilib.
 
Bu barədə APA-ya məlumat verən A.Yunusun vəkili Əfqan Məmmədov bildirib ki, cinayət işinin materialları ilə tanışlıq başa çatıb və ittiham aktı təsdiq olunaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
 
Qeyd edək ki, Arif Yunus Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə təqsirli bilinir. A. Yunus ötən il avqustun 5-də həbs edilib.
 





03.07.2015    çap et  çap et