525.Az

"Azərbaycanın GUAM-dakı sədrliyi çox uğurlu keçib"


 

"Azərbaycanın GUAM-dakı sədrliyi çox uğurlu keçib"<b style="color:red"></b>

 "Düşünürəm ki, GUAM Parlament Assambleyasının iclasında bu ilin yekunlarını və gələcək əməkdaşlıq perspektivlərini müzakirə edəcəyik”.

APA-nın xəbərinə görə, bunu GUAM Parlament Assambleyasının 5-ci iclasında iştirak etmək üçün Azərbaycanda səfərdə olan GUAM-ın baş katibi Valeri Çeçelaşvili jurnalistlərə açıqlamasında bildirib.
 
Azərbaycanın təşkilatdakı sədrliyinin nəticələrini şərh edən V.Çeçelaşvili qeyd edib ki, ötən müddət ərzində bir çox mühüm tədbirlər keçirilib: “Onlardan biri dekabrın əvvəlində Dublində keçirilən GUAM Xarici İşlər Nazirləri Şurasının iclası olub. Azərbaycanın sədrliyinin akkordu isə dünən Nyu-Yorkda GUAM və BMT arasında əməkdaşlıq üzrə qətnamənin konsensus yolu ilə qəbul olunmasıdır ki, bu da təşkilatın beynəlxalq münasibətlər sistemindəki nüfuzunu və mövqeyini möhkəmləndirir. Ona görə də Azərbaycanın GUAM-dakı sədrliyini çox uğurlu qiymətləndirirəm. Düşünürəm ki, GUAM Parlament Assambleyasının iclasında bu ilin yekunlarını və gələcək əməkdaşlıq perspektivlərini müzakirə edəcəyik”.
 
V.Çeçelaşvili GUAM-ın gələn il Bakıda keçirilməsi planlaşdırılan sammitinin tarixinin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşündə müzakirə olunacağını da söyləyib.

 





19.12.2012    çap et  çap et