525.Az

"Ermənipərəst dairələr uduzduqlarının fərqinə varmağa başlayıblar"


 

"Ermənipərəst dairələr uduzduqlarının fərqinə varmağa başlayıblar"<b style="color:red"></b>

"Birinci Avropa Oyunlarında bütün təşkilati işlər ən yüksək standartlara cavab verdi. Bu, yalnız Avropa qitəsinə deyil, eləcə də dünyaya Azərbaycanın öz gücü və qüdrəti, xalqın marağını təmin edən siyasi konteksti ilə daha böyük tədbirlərə hazır olduğunu təsdiqlədi".
 
Bu barədə Yeni Azərbaycan Partiyası (YAP) İqtisadi məsələlər komissiyasının sədr müavni, Siyasi Şura üzvü Aydın Hüseynov  deyib. A.Hüseynov bildirib ki, bəzi dairələrin oyunlar zamanı apardıqları qarayaxma kampaniyasının, ümumiyyətlə bütün bu kimi yanaşmaların arxasında paxıllıqla yanaşı, həm də xarici dairələrin maraqlarının təmin olunmaması faktorları dayanıb: "Çünki həmin dairələr hələ Avropa Oyunlarından bir neçə gün əvvəl öz maraqlarını Azərbaycanda diktə etməyə çalışdılar. Ancaq müstəqil siyasət yürüdən Azərbaycanda bu cür addımlar keçərli deyil. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, heç bir qüvvə bizə diktə edə bilməz. Onların cavabları sərt və yerindəcə veriləcək. Bəli, biz bunun şahidi olduq. Şahidi olduq ki, Azərbaycan dövləti öz xalqına güvənərək, xalqın həmişəki dəstəyinə arxalanaraq ilk Avropa Oyunlarını keçirdi və qələbə qazandı. Yerdə qalanlar isə, yəni bundan xoflananlar, xarici ermənipərəst dairələr, təşkilatlar hazırda uduzduqlarının fərqinə varmağa başlayıblar. Bu səbəbdən də artıq tarixə çevrilmiş I Avropa Oyunlarının nəticələri barədə özlərinin yalan-palan, lüzumsuz düşüncələrini önə çəkirlər. Ancaq yanırlar. Hətta deyərdim ki, bu gün "Milli Şura", AXCP, Müsavat  kimi partiyalar özlərini yandırmaqla, siyasi intiharla məşğuldurlar. Onlar nə qədər bu dövlətə, bu xalqa xəyanət edib, erməniyə satqınçılıq etsələr, bir o qədər də intihar edib özlərini məhvə doğru sürükləyəcəklər. Bu baxımdan, belələri barədə danışmağa ehtiyac da qalmır".

A.Hüseynov bildirib ki, rekord bir müddətə - cəmi 30 ay ərzində Azərbaycan prezidentinin rəhbərliyi ilə ölkənin birinci xanımı, ilk Avropa Oyunları Təşkilat Komitəsinin rəhbəri Mehriban Əliyeva tərəfindən yüksək səviyyədə həyata keçirilən tədbirlər nəticəsində Oyunlarıın keçrilməsi üçün lazım olan idman arenaları və bütün infrastrukturlar ən yüksək səviyyədə hazırlanıb yarış iştirakçılarının istifadəsinə verildi: "Oyunlara hazırlıq prosesində ən mühüm məsələlərdən biri isə yarışların keçirildiyi müddətdə idmançıların, ölkəmizə gələn qonaqların, turistlərin, ümumilkdə bu möhtəşəm idman bayramının təhlükəsizliyini təmin etməkdən ibarət idi. Bu işdə çoxminlik könüllülər ordusunun gördüyü işlər həqiqətən də bir möcüzə idi. Onlar öz işlərinin öhdəsindən layiqincə gəlməyi bacardılar. Bəli, bu həm də Azərbaycan gəncliyinin potensialının göstəricisi və qələbəsi oldu. Çünki "Bakı 2015" Avropa Oyunları Təşkilat Komitəsinin üzvləri kimi qarşılarında qoyulan vəzifələri ən yüksək səviyyədə həll edə bildilər". YAP rəsmisi son olaraq vurğulayıb ki, uzun illər müstəqil Azərbaycan siyasətinə qarşı çıxan qüvvələr, xüsusilə Qərbi Avropa dövlətlərinin bəzi  dairələri siyasətdə olduğu kimi, idmanda da bizə - Azərbaycana uduzdular: "Məncə, bu qələbəmiz bizi gələcəkdə daha böyük uğur və nailiyyətlərə doğru aparacaq".

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu isə deyib ki, bu gün Azərbaycan güclü inkişaf edir. Ölkəmizin inkişafının yaratdığı nəticə ABŞ-ın Cənubi Qafqaz regionu ilə bağlı planlarına uyuşmur: "Bu gün Azərbaycan müstəqil siyasət aparır. Amerikaya isə lazımdır ki, Rusiyanın qonşuluğunda olan dövlətlərin 1-2-də vəziyyəti gərginləşdirsin". Mərkəz sədrinin sözlərinə görə, ABŞ vəziyyət gərginləşəndən sonra istəyir ki, Rusiyanı pisləsin, ittiham etsin: "Azərbaycan isə müstəqil siyasət aparır və aparmağa da gücü var. Ölkəmiz çox yüksək səviyyədə idarə olunur. Birinci Avropa Oyunları kimi beynəlxalq tədbirlər də Azərbaycanın həm gücünün inkişafına təkan verir, həm də gücünün bir növ nümayişidir. Ona görə də onlar çalışdılar ki, bu prosesi mümkün qədər zədələsinlər. Bakıda keçirilən "Avroviziya" mahnı müsabiqəsində olduğu kimi, onlar əsasən üzərimizə Almaniyanı salmışdılar. Təbii ki, bu da təsadüfi deyil. Onlar bilirlər ki, Azərbaycanın Almaniyaya xüsusi münasibəti olub. Almanlar Azərbaycanda sənayeləşmənin bünövrəsini qoyan avropalılardır. Bu mənada onlar çalışdılar ki, Almaniya ilə Azərbaycan arasında gərginlik yaratmaqla Azərbaycan xalqının gözündə bütövlükdə Avropaya inteqrasiya ideyasını gözdən salsınlar. Amma heç nəyə də nail ola bilmədilər".

PƏRVANƏ

 

 





03.07.2015    çap et  çap et