525.Az

Milli Dram Teatrı xarici teatrlarla əməkdaşlığı genişləndirir


 

Milli Dram Teatrı xarici teatrlarla əməkdaşlığı genişləndirir <b style="color:red"></b>

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Böyük Britaniyanın məşhur “Qlobus” teatrı və Makedoniyada fəaliyyət göstərən teatrlardan biri ilə əməkdaşlıq əlaqələri qurmaq üçün danışıqlar aparır.

Kollektiv yeni mövsümdə maraqlı tamaşalarla sənətsevərlərin görüşünə gələcək. Hazırda teatrda yeni tamaşaların məşqlərinin başladığını deyən direktor, yeni mövsümdə Makedoniyada fəaliyyət göstərən teatrlardan birinin Milli Dram Teatrına qonaq gəlməsini gözlədiklərini söyləyib. Bildirib ki, artıq dəvətimiz qəbul edilib.

İsrafil İsrafilov qeyd edib ki, Böyük Britaniyanın dünyaca məşhur “Qlobus” teatrına da dəvət göndərmişik. O, Akademik Milli Dram Teatrının dünyanın aparıcı teatrları ilə əməkdaşlıq etmək niyyətində olduğunu vurğulayıb.

Direktor deyib ki, yeni mövsümdə xarici teatrları dəvət etməkdə məqsədləri tamaşaçılara maraqlı səhnə əsərləri göstərməkdir.

S.ABDULLAYEVA

 

 





04.07.2015    çap et  çap et