525.Az

“Terminator: Genezis” Nizami Kino Mərkəzində göstərilir


 

“Terminator: Genezis” Nizami Kino Mərkəzində göstərilir<b style="color:red"></b>

Nizami Kino Mərkəzində 3D formatda çəkilmiş ABŞ-ın “Terminator: Genezis” və Böyük Britaniya və ABŞ-ın birgə istehsalı olan “Ağılsız izdihamdan uzaq” filmlərinin nümayişinə başlanıb.

Triller, macəra, fantastika və döyüş janrında olan “Terminator: Genezis” filmini Laeta Kaloqridis və Ceyms Kemeronun ssenarisi əsasında rejissor Alan Teylor çəkib. Ekran əsərinin devizi “Yenidən yazılmış tale”dir.

“Terminator: Genezis”, özünümüdafiə lideri Con Konnorun Sara Konnoru və gələcəyi xilas etmək üçün serjant Kayl Rizi keçmişə 1984-cü ilə göndərməsindən bəhs edir. Bu məqamda zaman parçalanması baş verir: serjant Riz keçmişin ona tanış olmayan yeni versiyasına düşür. O, gözləmədiyi tərəfdaşlarla, həmçinin Terminator və yeni təhlükəli düşmənlərlə qarşılaşır. Serjant Rizin artıq yeni - gələcəyi dəyişmək missiyası var.

Filmdə baş rolları Terminator obrazının əvəzolunmaz aktyoru Arnold Şvartseneqqer, Ceyson Klark, Emiliya Klark, Cay Kortni, C.K.Simmons, Dayo Okeniyi, Mett Smitt, Kortni B. Vens, Li Ben Xon, Maykl Qledis və başqaları oynayıb.

Devid Nikolls və Tomas Xardinin ssenarisi əsasında rejissor Tomas Vinterberqin çəkdiyi “Ağılsız izdihamdan uzaqda” filmi dram janrındadır.

Kinoəsər, gözəl gənc qadının üç tam fərqli kişi ilə olan münasibətlərindən bəhs edir.

Filmdə Keri Malliqan, Mattias Şonarts, Tilli Vosberq, Mark Uinqett, Dorian Lok, Sem Fillips, Tom Sterridj, Cuno Templ, Bredli Xoll, Xilton MakRey və başqaları çəkilib.

S.ABDULLAYEVA

 

 





04.07.2015    çap et  çap et