525.Az

Milli mətbəximiz Braziliya mətbuatında


 

Milli mətbəximiz Braziliya mətbuatında <b style="color:red"></b>

Braziliyanın paytaxtında yayımlanan “Entre Lagos” jurnalında Luzinet Alvesin Azərbaycan mətbəxi haqqında məqaləsi dərc olunub.

Müəllif yazısında Azərbaycan mətbəxindən bəhs edərək onun zəngin və çoxçeşidli olduğunu vurğulayır.

Məqalədə jurnalın yaradıcı heyətinin Azərbaycanın Braziliyadakı səfirliyində olduğu və azərbaycanlı aşpaz Ziya Şahbazovdan müsahibə aldığı bildirilir.
 
Müsahibədə bir sıra müsabiqələrin qalibi olan həmyerlimizin Azərbaycanın bölgələrinə səfər edərək qədim milli kulinariya reseptlərini gündəmə gətirdiyi bildirilir.

L. Alves xalqımızın zəngin çay süfrəsi ənənələri, Azərbaycan mətbəxinin inciləri olan dovğa, kabab, ləvəngi, piti, müxtəlif növ plovlar və dolmalar, lavaş haqqında məlumat verir.

Məqalədə Azərbaycanda müxtəlif növ içkilərin, o cümlədən, şərabın istehsal edildiyi bildirilir.

Sonda müəllif Azərbaycanın qədim tarixə və zəngin mədəni müxtəlifliyə malik olduğunu bildirir və Bakını dünyanın ən gözəl paytaxt şəhərlərindən biri hesab edir. L. Alves, eyni zamanda, azərbaycanlıların qonaqpərvərliyini vurğulayaraq, ölkəmizin xarici turistlər üçün yeni məkana çevrildiyini diqqətə çatdırır.

S.ABDULLAYEVA

 

 





04.07.2015    çap et  çap et