525.Az

Sərnişin avtobusunda qan töküldü


 

Sərnişin avtobusunda qan töküldü<b style="color:red"></b>

Bakının Xətai rayonu ərazisində marşrut avtobusunda qan tökülüb. Rayon Polis İdarəsindən milli.az-a verilən məlumata görə, dünən saat 20 radələrində 80 saylı avtobusda 16 yaşlı Elmin Qasımov bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib. O, ilkin ifadəsində tanımadığı şəxslər tərəfindən avtobusda bıçaqlandığını deyib. Faktı polis araşdırır.

 





19.12.2012    çap et  çap et