525.Az

BSU-nun korpusu əsaslı təmirdən sonra istifadəyə verilib


 

BSU-nun korpusu əsaslı təmirdən sonra istifadəyə verilib

Bakı Slavyan Universitetinin (BSU) ikinci korpusunun açılış mərasimi keçirilib.

Qeyd edək ki, sözügedən korpus əsaslı şəkildə təmir-bərpa olunub. BSU-nun ikinci korpusu beş mərtəbədən ibarətdir. Korpusda auditoriyalar, kitabxana, tələbə klubu, qiraət zalı əsaslı şəkildə təmir olunub. Binanın qarşısında abadlıq işləri görülüb.

525.az-ın məlumatına görə, mərasimdə çıxış edən BSU-nun rektoru Kamal Abdulla bildirib ki, Bakı Slavyan Universiteti 2000-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə yaradıldığını deyib: “Həmin vaxt bizim universitetdə ixtisasların sayı az idi. Bu illər ərzində biz öz istiqamətimizi, hədəfimizi dəqiq müəyyənləşdirdik. İxtisasların sayını artırdıq. Bu gün Bakı Slavyan Universitetini Avropa ölkələrində tanıyırlar. Universitetin ikinci korpusunun əsaslı təmirə ehtiyacı vardı. Azərbaycan hökuməti tərəfindən bina müasir standartlara cavab verən şəkildə təmir olunub və tələbələrin, müəllimlərin istifadəsinə verilib. Bizim universitetin nüfuzu yüksəkdir. Biz bunu qorumağı bacarmalıyıq”.

Tədbirdə çıxış edən isə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev BSU tələbələrinin hər zaman fərqləndiyini bildirib: “Mən bu universitetdə gördüyüm demokratik mühiti digər universitetlərdə görməmişəm. “Eurovision” mahnı müsabiqəsində Azərbaycan qalib oldu və bu qalibiyyəti də bizləri Bakı Slavyan Universitetin tələbəsi Eldar Qasımov yaşatdı”.
S.QARAYEVA

 





17.09.2012    çap et  çap et