525.Az

Vaşinqtonda Dağlıq Qarabağ münaqişəsinin həlli müzakirə ediləcək


 

Vaşinqtonda Dağlıq Qarabağ münaqişəsinin həlli müzakirə ediləcək<b style="color:red"></b> ATƏT-in Minsk Qrupunun həmsədrləri Vaşinqtonda Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edəcəklər.
 
APA-nın məlumatına görə, bu barədə Mİnsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün “Twitter” səhifəsində yazıb.
 
“ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ Dövlət Departamenti, Müdafiə Nazirliyi və Milli Təhlükəsizlik Şurası ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün Vaşinqtonda səfərdədirlər”, - deyə C. Uorlik söyləyib.
 





06.07.2015    çap et  çap et