525.Az

“Azərsu”dan həyəcan siqnalı


 

“Su filterləri təhlükəlidir”

“Azərsu”dan həyəcan siqnalı<b style="color:red"></b>

Bu gün suyun tərkibini zərərli qalıqlardan, çirklərdən təmizləmək üçün müxtəlif üsullara əl atılır. Kimi bunu ev şəraitində dədə-baba qaydası ilə edir, kimi də köhnə üsulları bəyənməyib yeni texnologiyaya üstünlük verir. Bununla da filterdən süzülən suyu dağ suyuna bərabər hesab edirlər. Amma mətbəximizi necə deyərlər, mədəni sürətdə zəbt edən su filterlərinin insan sağlamlığı üçün nə dərəcədə ziyan olduğunun heç kim fərqinə varmır.

Artıq türkiyəli professorlar da su filtrrlərinin sağlamlıq üçün təhlükəli olması barədə həyəcan təbili çalırlar.

Modern.az su filterlərinin insan orqanizmi üçün təhlükəsini öyrənib.     

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı da bəzi su təmizləyici qurğuların insan sağlamlığı üçün ziyanlı olduğunu söylədi:

“Türkiyəli professor Əhməd Soysala qədər də bu fikri dəfələrlə qaldırmışıq. Su filterlərinin nə dərəcədə xeyirli və ya ziyanlı olması ilə bağlı hələ heç kim təkmil bir sənəd ortaya qoymasa da, amma biz həmişə bunun əleyhinə olmuşuq. Bu işlə məşğul olan şirkətlər filterləri sataraq pul qazanmaq istəyirlər. Bu aparatlar Türkiyədən, Almaniyadan gətirilir. Su filterləri suyun tərkibindəki qum, lil ilə yanaşı, insan orqanizmi üçün xeyirli olan mineralları da tutub saxlayır. Belə olan halda suyun minerallıq qabiliyyəti itir. Həmin sudan istifadə etdikdə isə müəyyən xəstəliklər yarana bilər. Bu gün qaynanmış su ilə filterlərdən keçən su arasında heç bir fərq yoxdur. Kifayət qədər bahalı və ziyanlı olan filterlərin müəyyən müddətdən sonra dəyişilməsi də vacibdir. Belə olan halda ona bu qədər pul vermək nəyə lazımdır?”.

“Azərsu” rəsmisinin dediyinə görə, bu gün Bakıya verilən suyun tərkibi həmin filterlərdən keçən suyun tərkibindən geri qalmır. Hətta suyun tərkibi filterdən süzülən sudan daha təmizdir. Onun sözlərinə görə, “Azərsu”yun mənbələrdən  götürdüyü, Bakıya və Abşerona nəql etdiyi suyun keyfiyyət göstəriciləri standartlara tam uyğundur:

“Daimi suyu olan ərazilərdə krandan su açıb içmək heç də ziyan deyil, nəinki filterlərdən su içmək. Mineral yoxdursa, deməli mütləq insan orqanizmində də nəisə çatışmazlıq olacaq. İnsanlar təmiz su içmək istəyirlərsə, köhnə üsullar daha qorxusuz və ən yaxşısıdır. Belə ki, bu vasitə suyun tərkibindəki qumu, çirki götürür amma mineralları saxlayır. Dədə-baba qaydası ilə suyu təmizləmək daha yaxşıdır nəinki filterlərdən keçən ölü suyu içmək. Dəfələrlə də bu barədə mətbuatda çıxışlar etmişik ki, bu işbazlar əhalini aldadırlar. Böyük bəla da ondadır ki, həmin şirkətlər elektroliz cihazları həmin filterlərin içinə yerləşdirirlər. Belə olan halda isə suyun üzərində göy-yaşıl maddə yaranır. Adını da qoyurlar ki, görün su nə qədər çirklidir. Əslində isə belə deyil. Onun tərkibindəki minerallar yandığı üçün suyun üzərinə belə rəng yaranır”.

 





19.12.2012    çap et  çap et