525.Az

Rusiya Qəbələ RLS-i gələn il boşaldacaq


 

Rusiya Qəbələ RLS-i gələn il boşaldacaq<b style="color:red"></b>

Araz Əzimov: “Qəbələ RLS-lə bağlı Azərbaycanla Rusiya arasındakı məsələ öz həllini tam hüquqi çərçivədə tapdı”

 "Qəbələ RLS-lə bağlı müzakirələri Azərbaycan tam hüquqi çərçivədə apardı və bu məsələ hüquqi çərçivədə həll olundu". APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bildirib.
 
O qeyd edib ki, Qəbələ RLS ilə bağlı Rusiya imzalanmış icarə müqaviləsinin müddəti başa çatıb və yeni sazişin bağlanması üçün şərtlər üzrə razılıq əldə olunmayıb: "Buna görə Qəbələdəki stansiyanın bağlanması qərarına gəlindi. Bundan sonra müvafiq komissiyalar Rusiyanın mülkiyyətində olan avadanlıqların oradan çıxarılması məsələləri kimi texniki məsələlərin həllinə başlamalıdır. Yəqin ki, gələn il artıq bu komissiyalar fəaliyyətə başlayacaq"

 





19.12.2012    çap et  çap et