525.Az

Özbəkistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından rəsmən çıxdı


 

Özbəkistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından rəsmən çıxdı<b style="color:red"></b> KTMT-nın bu qərarını Belarus prezidenti Aleksandr Lukaşenko açıqlayıb
 
Özbəkistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü rəsmən dayandırılıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə bu gün Kremldə keçirilən KTMT-yə üzv ölkələrin dövlət başçılarının görüşündə çıxış edən Belarus prezidenti Aleksandr Lukaşenko bildirib. O, Özbəkistanın qurumda fəaliyyətini dayandırmaq barədə KTMT-yə müraciət etdiyini, quruma üzv ölkələrin dövlət başçılarının müzakirələrdən sonra bu müraciəti qəbul etdiklərini deyib
 
Qeyd edək ki, Özbəkistan bu ilin iyununda KTMT üzvlüyündən çıxmaq barədə qurumun  katibliyinə rəsmi nota göndərib.
 





19.12.2012    çap et  çap et