525.Az

Məhəmməd Peyğəmbərin həyatından 1 milyard dollarlıq film çəkiləcək


 

Məhəmməd Peyğəmbərin həyatından 1 milyard dollarlıq film çəkiləcək<b style="color:red"></b>

Qətərli bir şirkət Məhəmməd Peyğəmbərin (s.ə.s) həyatı haqqında film çəkməyə hazırlaşdığını elan edib.

ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, film 7 seriyadan ibarət olacaq. Film üçün açıqlanan büdcə "Hollywood"un rekord büdcələrindən belə çoxdur.

Şirkət rəhbəri Əhməd əl Haşimi filmin büdcəsinin 1 milyard dollar olacağını deyib. İngilis dilində lentə alınacaq film İslamın qərb ölkələrində yaranmış pis imicinin aradan qaldırılması üçün müxtəlif dillərə tərcümə ediləcək.

Filmin ssenarinin yazılması artıq tamamlanmaq üzrədir. İslam inanclarına zidd olduğu üçün filmdə Məhəmməd Peyğəmbərin (s.ə.s) siması görünməyəcək.

Qətərdə fəaliyyət göstərən filmin istehsalçısı olan "Nur" serialı ilə bağlı ilk dəfə planlarından 2009-cu ildə bəhs etmişdi. Amma o vaxt 3 hissəli filmin büdcəsinin 450 milyon dollar olduğu açıqlanmışdı.
Bu iri miqyaslı ekran əsərinin müsəlmanları təhqir edən və İslam ölkələrində böyük etriazlara səbəb olan "Müsəlmanların məsumiyyəti" filminə cavab olacağı düşünülür.

 





19.12.2012    çap et  çap et