525.Az

Devalvasiyadan sonra dollar və avro nə qədər bahalaşıb?


 

Devalvasiyadan sonra dollar və avro nə qədər bahalaşıb?<b style="color:red"></b>

May ayı ərzində Avrozonanın vahid valyutasının (avro) məzənnəsi Azərbaycan manatına qarşı 3%-dən artıq bahalaşıb.

"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı manatın may ayı üzrə xarici valyutalara qarşı rəsmi orta məzənnəsində qeyd edilib.
 
Statistikaya əsasən, may ayında avronun manata qarşı rəsmi orta məzənnəsi 1,1712 manat olub ki, bu da aprel ayı ilə müqayisədə 3,4% çoxdur. Qeyd edək ki, aprel ayında avronun rəsmi orta məzənnəsi 1,1331 manat təşkil edib.
 
Azərbaycanda devalvasiyanın baş verdiyi aydan, yəni fevral ayından sonra Avrozonanın vahid valyutasının məzənnəsi iyun ayının 1-dək 19,7% bahalaşıb.
 
Maraqlıdır ki, dolların rəsmi orta məzənnəsi may ayı ərzində 0,2% ucuzlaşıb. Belə ki, aprel ayında ABŞ-ın milli valyutasının rəsmi orta məzənnəsi 1,0503 manat olduğu halda, may ayında bu göstərici 1,0484 manata enib.
 
Fevral ayının sonundan iyun ayının 1-dək dolların rəsmi orta məzənnəsi 21,8% bahalaşıb.

 





13.07.2015    çap et  çap et