525.Az

Bəhrəmtəpə qəsəbəsinə ilk dəfə təbii qaz verildi


 

Bəhrəmtəpə qəsəbəsinə ilk dəfə təbii qaz verildi <b style="color:red"></b>

Sabirabad rayonunun Azadkənd və Qəfərli kəndlərinə, eləcə də İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsinə təbii qazın verilməsi münasibətilə tədbirlər keçirilib.

525.az-ın SOCAR-ın rəsmi saytına istinadən verdiyi məlumata görə, açılış mərasimlərində rayon İcra hakimiyyətlərinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, Sabirabad rayonunun 380 abonenti olan Azadkənd kəndinə yenidən təbii qaz verilib, bunun üçün birpilləli sistem əsasında ümumi uzunluğu 4640 metr polietilen və 34 666 metrlik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 380 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. Rayonun 115 abonenti olan Qəfərli kəndinin qazlaşdırılması üçün uzunluğu 11 679 metr olan metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsinə isə ilk dəfə olaraq təbii qaz verilib. Bəhrəmtəpə qəsəbəsinin 927 abonentinin qazlaşdırılması üçün 3267 metrlik polietilen və 50 778 metrlik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 927 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

 





13.07.2015    çap et  çap et