525.Az

10 ölkə “Eurovision”dan imtina etdi


 

10 ölkə “Eurovision”dan imtina etdi<b style="color:red"></b>

May ayında İsveçin Malmö şəhərində keçiriləcək “Eurovision 2013” Mahnı Müsabiqəsində iştirak etməkdən imtina edən ölkələrin sayı artmaqdadır.

Lent.az-ın məlumatına görə, Portuqaliya və Polşa da olmaqla 10 ölkə yarışa qatılmayacağını açıqlayıb. Onlardan əksəriyyəti yarışmadan çəkilməsinə səbəb kimi iqtisadi böhranı göstərir.

Slovakiya, Türkiyə, Çexiya, Lixtenşteyn, Yunanıstan, Kipr, Bosniya Herseqovina və Lüksemburq da bu ölkələr sırasındadır.

Ancaq Yunanıstan və Kiprin qərarı hələ qəti deyil. İştirakçı ölkələrin hər birindən yarışmaya giriş üçün 160 min dollar məbləğində pul tələb olunur. Türkiyənin isə “Eurovision”dan çəkilməsinə başqa bir səbəb gətirir. Dövlət səsvermənin nəticələrinə izləyici təsirini məhdudlaşdıran yeni qaydalardan narazılığını ifadə edir.

Ölkə həmçinin Avropa Yayım Birliyinin imtiyazlı tərəfdaş üzvləri olan Almaniya, Böyük Britaniya, Fransa, İtaliya və İspaniya ölkələrinin avtomatik finala keçidi anlayışı ilə razılaşmır.
Hazırda 39 ölkə “Eurovision 2013”-də iştirakını təsdiqləyib.
 
Azərbaycanda isə artıq müsabiqədə ölkəmizi kimin təmsil edəcəyi ilə bağlı milli seçim turu başlayıb. Bu həftədən etibarən 80 namizəd birincilik uğurunda mübarizə aparır.

Qeyd edək ki, yarış gələn ilin may ayında İsveçin Malmö şəhərində keçiriləcək.

 





19.12.2012    çap et  çap et