525.Az

"Məqsəd status-kvonun qorunub saxlanmasıdırsa..."


 

"Məqsəd status-kvonun qorunub saxlanmasıdırsa..."<b style="color:red"></b>

"Məqsəd Qarabağ probleminin çözülməsi deyil, sülhün olması, status-kvonun qorunub saxlanmasıdırsa,  o zaman sülh heç vaxt olmayacaq".

Bunu Milli Məclisin (MM) deputatı Sahib Alıyev qeyd edib. "Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik yenə tvitləyib"-deyə, qeyd edən S. Alıyevin yazdığına görə, həmsədr Moskvaya getdiyini, orada Dağlıq Qarabağla bağlı danışıqlar aparacağını bildirir. 

"Görəsən həmsədrlərin məqsədləri nədir, bu cür turlarla nə əldə etməyə çalışırlar? Uorlik yazır ki, onların məqsədi Dağlıq Qarabağda sülhün olmasıdır.

Məqsəd problemin çözülməsi deyil, sülhün olması, başqa sözlə desək, status-kvonun qorunub saxlanmasıdırsa, sülh heç vaxt olmayacaq və ola da bilməz cənab Uorlik"-deyə, S. Alıyev daha sonra qeyd edib.

K.HƏMİDOV

 

 





14.07.2015    çap et  çap et