525.Az

“Nailiyyətlərimiz mədəniyyətimizin və bədii təhsilimizin dünyada tanınmasına xidmət edir”


 

“Nailiyyətlərimiz mədəniyyətimizin və bədii təhsilimizin dünyada tanınmasına xidmət edir” <b style="color:red"></b>

Həmsöhbətimiz Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin rektoruƏməkdar Incəsənət xadimi, filologiya üzrƏ elmlƏr doktoru, professor Timuçin Əfəndiyevdir

 

II Söhbət

  

 (Əvvəli ötən sayımızda)

 

Azərbaycan mədəniyyəti incəsənəti tarixinin öyrənilməsi sahəsində alimləriniz nəyi tədqiq ediblər?

 

Professor-müəllim heyətimizin elmi-yaradıcılıq işlərinin diapazonu çox genişdir. Onu da vurğulayım ki, mədəniyyət incəsənətimizin ayrı-ayrı sahələri üzrə tədqiqatlarla təkcə nəzəri fakültələrdə dərs deyən müəllimlərimiz yox, həm sırf bədii yaradıcılıqla, sənətlə bağlı olan müəllimlərimiz məşğul olur. Ancaq bu sahədə nəzəriyyəçi-alimlər daha ciddi fəaliyyət göstərirlər bu, belə olmalıdır. Çünki məhz elmi-tədqiqat işləri pedaqoji işlə yanaşı onların fəaliyyətinin əsasında dayanır.

 

Xatırladım ki, vaxtilə Azərbaycan MEA-nın müxbir üzvləri, professorlar Cəfər Cəfərov, İnqilab Kərimov, professor Mahmud Allahverdiyev, böyük Hüseyn Cavid yadigarı Turan Cavid başqaları universitetimizinTeatrşünaslıqkafedrasında işləyiblər elmimizə buradan xidmət ediblər. Pedaqoji təcrübə onların elmi görüşlərinin təşəkkülündə mühüm metodoloji vasitə rolunu oynamışdır. Bilirsiniz, alim üçün ənənə, elmi dəst-xətt yetişdirməyin əsas şərtlərindən biri məktəb qurmaqdır. Bunun üçünsə pedaqoji fəaliyyət meydanı tələb olunur universitetimiz ən layiqli alimlərimizi özünə cəlb etməklə onlara bu imkanı yaratmışdır.

 

Bu gün istərTeatrşünaslıqkafedrasında, istərsə digər nəzəri kafedralarda ciddi elmi-tədqiqat işləri aparılır. İlham Rəhimlinin teatr tarixinə dair zəngin tarixi-faktik materialları əks etdirən kitabları, Məryəm Əlizadənin tənqidi-nəzəri əsərləri, Ədalət Vəliyevin teatr idarəçiliyi təşkilatçılığı kimi az öyrənilmiş sahələrdəki dəyərli araşdırmaları, Aydın Talıbzadənin Şərq teatrı problemləri ilə bağlı fundamental tədqiqatları elmi-monoqrafik səciyyə daşımaqla yanaşı, həm dərs vəsaiti kimi bizim üçün çox önəmlidir.

 

Kinoşünaslıq sahəsində universitetimizdə ciddi araşdırmalar aparılır. Elmlər doktoru, professor Aydın Dadaşovun kinoşünaslığın müxtəlif problemlərinə həsr olunmuş irihəcmli tədqiqatları, dosent Aydın Kazımzadənin milli kino tariximizin ayrı-ayrı mərhələlərini, tanınmış kino xadimlərimizin həyat yaradıcılığını işıqlandıran nəşrləri təkcə universitetdə deyil, ümumən cəmiyyətimizdə maraqla qarşılanır.

 

Onu da qeyd edim ki, ADMİU-da son illərdə çox güclü ədəbiyyatşünaslıq məktəbi formalaşıb, həm bu prosesə təkcəƏdəbiyyat Azərbaycan dilikafedrası deyil, başqa kafedralar, misal üçün, “Ədəbi ekran dramaturgiyası”, “Səhnə danışığıkimi kafedralar da cəlb olunub. Əlbəttə, bu cəhət həmin kafedraların peşəkar yönümündən, ifaçılıq sənətinin ədəbi-bədii xarakterindən, sözlə məharətindən, bir sözlə, peşə tələblərindən irəli gəlir. Bu gün universitetimizdə filologiya üzrə elmlər doktorları, professorlar Aqşin Babayev, Nizaməddin Şəmsizadə, Aydın Abi Aydın, Gülşən Əliyeva kimi tanınan alimlər dərs deyirlər.

 

Ümumiyyətlə, mən deyərdim ki, universitetimizin bəzi nəzəri kafedraları, o cümlədənTeatrşünaslıq”, “Kinoşünaslıq”, “Ədəbiyyat Azərbaycan dili”, “Ədəbi ekran dramaturgiyası”, “Sənətşünaslıq”, “Kulturologiya”, “Musiqişünaslıq s. kafedralar əslində ciddi elmi mərkəzlərdir respublika miqyasında aparıcı potensiala malikdir. Azərbaycanda teatr, kino, musiqi, təsviri sənət, kulturologiya, muzeyşünaslıq kimi sahələrdə ən fundamental tədqiqatlar məhz universitetimizin müvafiq kafedralarında aparılır. “Kulturologiyafakültəsində çalışan elmlər doktorları, professorlar, insan cəmiyyət münasibətləri haqqında müasir baxışlar sistemini çevrələyən kulturologiya sahəsində fundamental monoqrafiyalar, dərsliklər nəşr etdirmişlər. Bu fakültədə professorlar Maral Manafova, İlqar Hüseynov, dosentlər Sədaqət Əliyeva, Tamilla Əhmədova, Oqtay Sultanov kimi yüksək nəzəri hazırlığa, elmi təfəkkürə malik pedaqoqlar fəaliyyət göstərirlər. Eyni sözləri muzeyşünaslıq, turizm sosial-mədəni servis s. haqqında da söyləmək olar.

 

UniversitetimizinMusiqi sənətifakültəsindəkiMusiqişünaslıqkafedrası da güclü elmi-nəzəri bazası ilə respublikada tanınır. Bu kafedrada dosentlər İradə Köçərli, Kamilə Dadaşzadə kimi ciddi nəzəri hazırlığa malik musiqişünas kadrlar çalışırlar. Türk dövlətləri xalqlarının ortaq folklor musiqi dəyərlərini bir araya gətirən beynəlxalqTÜRKSOYlayihəsinin hazırlanmasında keçirilməsində respublikanın digər qurumları ilə yanaşı, universitetimizinMusiqi sənətifakültəsi xüsusiləMusiqişünaslıqkafedrası əsas təşkilatçı qismində çıxış edir. 

 

Universitetimizdə təsviri tətbiqi sənətlər sahəsində əhatəli elmi-pedaqoji aparılır. 50 ildən artıq peşəkar sənət ənənələri olanRəssamlıqfakültəsininSənətşünaslıqkafedrasında bu gün dosentlər Səyyad Bayramov, Xəzər Zeynalov, təcrübəli pedaqoq İqrar Gül kimi ciddi elmi-nəzəri petensiala malik kadrlar dərs deyir. Onların elmi tədqiqatları təkcə Azərbaycan təsviri sənəti ilə məhdudlaşmayıb, həm dünya incəsənətinin bir sıra aktual məsələlərini əhatə edir. Digər nəzəri kafedralarda olduğu kimi, “Sənətşünaslıqkafedrasında da müəllimlər vaxtaşırı beynəlxalq konfransların iştirakçısı olur, xarici ölkələrdə nəşr olunan nüfuzlu elmi jurnallarda məqalələrlə çıxış edirlər.

 

Hazırda pedaqoji fəaliyyətlə yanaşı, elmi-bədii yaradıcılıqla da məşğul olmağa vaxt tapırsınızmı?

 

  Elmi-bədii yaradıcılıq mənim fəaliyyətimin ayrılmaz tərkib hissəsidir. Son dövrlərdə mən daha çox Azərbaycan teatrının nəzəri tarixi problemlərini, müasir kulturoloji görüşləri, kulturologiyanın sosial-mədəni xarakterini, sənətşünaslıq tariximizi araşdırmaqla məşğulam. Həmin mövzularda son illərdə bir neçə kitabım işıq üzü görüb. Bunlarla yanaşı mən dövri mətbuat səhifələrində vaxtaşırı elmi-kütləvi mövzuda məqalələr dərc etdirir, müsahibələr verir, həm respublikamızda, həm xaricdə keçirilən elmi-nəzəri konfransların iştirakçısı olur, orada mədəniyyətin incəsənətin müxtəlif problemləri ilə bağlı çıxışlar edirəm.

 

– “Heydər Əliyev milli-mənəvi dəyərlərimizadlı monoqrafiyanız ulu öndərin mədəniyyət sahəsindəki məzmunca tükənməz düşüncələrinin, çoxşaxəli maarifçilik fəaliyyətinin tədqiqinə həsr olunmuş dəyərli əsər kimi diqqəti cəlb edir. Bu əsərin davamı olacaqmı?

 

– “Heydər Əliyev milli-mənəvi dəyərlərimizkitabını mən 2011-ci ildə yazaraq nəşr etdirmiş ulu öndərimizin işıqlı xatirəsinə ithaf etmişəm. Əslində mən uzun illər boyu bu mövzu üzərində düşünürdüm, necə deyərlər, onu ürəyimdə gəzdirirdim. Bilirsiniz ki, Heydər Əliyev hər zaman öz xalqına, Azərbaycana bağlı olan qüdrətli şəxsiyyət, əsl fenomen idi. Onun mədəniyyətə, milli-mənəvi dəyərlərimizə olan sevgisi, sənət adamlarına, onların yaradıcılığına olan məhəbbəti hamımıza yaxşı bəllidir. Mən özüm sənət mühitində böyüyüb yetişdiyimdən bunu çox yaxından görüb hiss etmişəm. Bilirsiniz, həmin kitabdakı faktların xeyli qisminin bilavasitə şahidi olmuşam.

 

Sənət xadimlərimiz hər zaman ulu öndərin diqqət qayğısını öz üzərində hiss ediblər. O, ədəbiyyat, mədəniyyət, elm, sənət xadimlərinə hamilik edir bundan qürur hissi duyurdu. Əlbəttə, mədəniyyət incəsənətlə bilavasitə bağlı olan insan kimi mən bütün bunları qələmə almaya bilməzdim. Bu, daxildən gələn tələb idi mən həmin kitabı yazıb ictimaiyyətin diqqətinə təqdim etdim. Əminəm ki, fenomenal şəxsiyyət olan Heydər Əliyevin böyük quruculuq salnaməsini işıqlandıran əsərlər hələ çox yazılacaq mən bundan sonra da bu nəcib işə öz payımı verməyə hazıram.

 

  ADMİU-nun xarici ölkələrin aparıcı ali məktəbləri ilə əlaqələri, universitetinizdə əcnəbi tələbələrin təhsil almaları barədə deyə bilərsiniz?

 

– 1991-ci ildə Azərbaycanın müstəqilliyinin bərpasından sonra ölkəmizin qarşısında dünya ölkələri ilə əməkdaşlıq sahəsində geniş imkanlar açılmışdır. Bu imkanlar tədris sahəsinə, o cümlədən bizim universitetimizə aiddir. Bu gün ADMİU geniş beynəlxalq əlaqələr şəbəkəsinə malikdir. Bu əlaqələr universitetlərarası qarşılıqlı müqavilələrin imzalanmasında, tələbə mübadiləsində, müəllimlərimizin digər ölkələrin ali məktəblərinə ezam olunmasında özünü büruzə verir. Mədəniyyət, elm təhsil məsələləri ADMİU-nun xarici əlaqələr sahəsindəki fəaliyyətində prioritet istiqamətlər kimi dəyərləndirilir.

 

Universitetimiz dünyanın bir çox ölkələrinin ali təhsil, elm mədəniyyət müəssisələri ilə sıx əlaqələr saxlayır. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, universitetimiz 25 xarici ölkənin 46 ali məktəbi ilə əlaqə yaratmışdır. Bu ali məktəblərdən 25-i ilə universitetimiz arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır. Bunu da vurğulamaq vacibdir ki, Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universiteti Avropa İncəsənət Universitetləri Liqasının tamhüquqlu üzvüdür. Bu, universitetimizin beynəlxalq aləmdə nüfuzunun daha da artmasından xəbər verir.

 

Universitetimizdə bir çox xarici ölkələrdən, xüsusən qardaş Türkiyədən çoxlu sayda tələbə təhsil almış almaqda davam edir. Onlar üçün xüsusi hazırlıq kursları fəaliyyət göstərir. Bir il müddətində burada oxuduqdan sonra, əcnəbi tələbələr seçdiyi ixtisas üzrə təhsilini davam etdirir. Universitetimizdə Əcnəbi tələbələrlə üzrə dekanlıq yaradılmışdır. Dekanlıq əcnəbi tələbələrin təhsilini diqqət mərkəzində saxlayır, onların üzləşdiyi problemlərin həll olunmasına yardım edir.

 

Əcnəbi tələbələr həm bakalavr, həm magistr pillələrində təhsil alırlar. Onlara verilən diplomlar beynəlxalq sertifikata malikdir.

 

Tənqidlə aranız necədir?

 

Əgər obyektiv, yerində vaxtında deyilmiş tənqiddirsə, yaxşıdır, daha doğrusu, mən belə tənqidi hər zaman qəbul etmişəm bundan sonra da qəbul etməyə hazıram.

 

Tanınmış ictimai xadim, xalq yazıçısı İlyas Əfəndiyevin övladı olmaqla nələrə nail olmusunuz nələrdən məhrum olmusunuz?

 

İlyas Əfəndiyevin ailəsində dünyaya göz açmaq, böyümək mənim bir şəxsiyyət, yaradıcı insan kimi yetişməyimdə sözsüz ki, böyük rol oynayıbdır. Mən həmişə yaradıcı mühitlə təmasda olmuşam, yaradıcı ab-hava ilə nəfəs almışam. Azərbaycanın ən görkəmli, tanınmış ədəbiyyat, sənət xadimləriniyazıçılarımızı, ədəbiyyatşünaslarımızı, teatr xadimlərimizi, müğənniləri, rəssamları evimizdə tez-tez görərdim. Onların maraqlı söhbətlərini indi xatırlayıram bu, mənim dünyagörüşümün formalaşmasına təsir göstərib. Bu mənim həyatda nail olduğum itirilməz qazancımdır mən bununla həmişə fəxr etmişəm. O ki qaldı İlyas Əfəndiyevin övladı olduğuma görə nədənsə məhrum olmağıma, şükür ki, heç nədən məhrum olmamışam, əksinə, yuxarıda dediyim kimi qazanmışam.

 

Universitetin 90 illik yubileyi ilə bağlı tədbirlər görülür?

 

–90 illik yubileyimizi biz silsilə tədbirlərlə qarşılayırıq. Radio televiziyada, mətbuat səhifələrində bu barədə söylənilir, yazılar, müsahibələr yer alır. ADMİU-nun bütövlükdə milli peşəkar teatr təhsilinin bu möhtəşəm yubileyi ilə əlaqədar biz elmi-nəzəri konfranslar da keçirir buraya xarici ölkələrdən nüfuzlu elm, sənət xadimlərini dəvət edirik.     

 

Bu yaxınlarda universitetimizin 90 illiyi ilə bağlı fundamental tədqiqat əsərini yazıb başa çatdırmışam. Həmin əsər mənim uzun illər boyu topladığım müxtəlif materialların, şahidi olduğum unudulmaz hadisələrin məcmusudur, sənət təhsil tariximizin güzgüsüdür. Bu kitab elmi əsər olmaqla yanaşı, həm tarixi-biblioqrafik səciyyə daşıyır universitetimizin inkişaf mərhələlərini, strukturunu, vaxtilə burada işləmiş görkəmli sənətkarların, habelə bu gün burada çalışan istedadlı sənətçilərimizin, alimlərimizin yaradıcılığını əhatə edir. Kitab artıq hazırdır yaxın günlərdə oxuculara təqdim olunacaq. Əminəm ki, 90 illik yubileyimiz respublikada layiqincə qeyd ediləcəkdir.

 

Qarşıdan Yeni il gəlir. Yeni ildə nələrə nail olmağı arzulayırsınız?

 

Hər bir azərbaycanlı kimi, mənim ən böyük arzum Yeni ildə doğma Qarabağımızı azad görməkdir. Mədəniyyətimizin mərkəzi, muğam sənətimizin beşiyi olan əziz Şuşada möhtəşəm musiqi festivalı keçirməyimizi arzu edərdim. İnanıram ki, arzularımıza çatacaq, üçrəngli Azərbaycan bayrağını əzəli yurdumuz olan Qarabağ torpağının ən uca zirvələrində dalğalandıracağıq. Başqa bir arzumsa qarşıdan gələn yubileyimiz ilində universitetimizin 90 illiyini yeni təhsil sənət nailiyyətləri ilə qarşılamaqdır.

 

Günay ƏLİYEVA
 





19.12.2012    çap et  çap et