525.Az

"Cənub Qaz Dəhlizi"nin reallaşdırılmasında gecikmə yoxdur"


 

"Cənub Qaz Dəhlizi"nin reallaşdırılmasında gecikmə yoxdur"<b style="color:red"></b> "Cənub Qaz Dəhlizi" üzrə Məşvərət Şurasının ikinci iclasında 2015-ci ilin yekunları və bu müddət ərzində görülən işlər müzakirə olunacaq.
 
“APA-Economics”in məlumatına görə, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev bildirib.
 
N. Əliyev deyib ki, Məşvərət Şurasının keçirilməsi ideyası Azərbaycan prezidenti İlham Əliyev tərəfindən verilib:

"Layihənin reallaşdırılmasında problem texniki, maliyyə və ətraf mühitin mühafizəsi ilə bağlı deyil. Layihənin reallaşdırılmasında bir sıra məsələlər var ki, burada hökumətlər tərəfindən operativ müdaxiləyə, müəyyən qərarların qəbuluna ehtiyac var. Bütün bunları nəzərə alaraq, "Cənub Qaz Dəhlizi" layihəsində iştirak edən energetika nazirlərinin iştirakı ilə Məşvərət Şurasının keçirilməsi ideyası irəli sürülüb".
 
Nazir deyib ki, keçirilən ilk iclasın nəticələri olduqca müsbət olub.

"Bu layihənin reallaşdırılmasında atılacaq addımlar müəyyən edilib. Özümüz üçün layihədə olan axsaqlıqları müəyyən etdik.

Əsası odur ki, biz bu il üçün "Cənub Qaz Dəhlizi"nin inşası ilə bağlı plan və məsələləri müəyyən etdik. Yəni TANAP, TAP kəmərlərinin çatışmazlıqlarını, problemləri, maneələri müəyyən etdik. Xoşbəxtlikdən layihədə hələ ki heç bir gecikmə yoxdur", - deyə o qeyd edib.
 
Bununla yanaşı, nazir bildirib ki, Məşvərət Şurasının ikinci iclasının dəqiq keçirilmə vaxtı məlum deyil.
 





14.07.2015    çap et  çap et