525.Az

"Dağlıq Qarabağ münaqişəsi regionda sabitliyə təhlükədir"


 

"Dağlıq Qarabağ münaqişəsi regionda sabitliyə təhlükədir"<b style="color:red"></b>

Həll edilməmiş Dağlıq Qarabağ münaqişəsi regionda sabitliyə təhlükə yaradır.

Trend-in məlumatına əsasən, bunu NATO-nun Cənubi Qafqaz üzrə zabit-koordinatoru Uilyam Lahyu deyib.

O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolla həll edilməsi çox çətin prosesdir: “Həll edilməmiş Dağlıq Qarabağ münaqişəsi regionda sabitliyə təhlükə yaradır".

U.Lahyunun sözlərinə görə, NATO tərəflər arasında vasitəçi olmağı planlaşdırmır: "Çünki belə danışıqlarda vasitəçilik NATO-nun səlahiyyətləri və vəzifələri sırasında deyil. Ancaq Alyans münaqişənin nizamlanması ilə bağlı ATƏT-in Minsk qrupunun bütün səylərini tamamilə dəstəkləyir".

 





14.07.2015    çap et  çap et