525.Az

AMEA-nın Gəncə bölməsi təsis edildi


 

AMEA-nın Gəncə bölməsi təsis edildi<b style="color:red"></b>

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə bölməsinin təsis edilməsi haqqında sərəncam imzalayıb.

525.az-ın məlumatına görə, Nazirlər Kabinetinə tapşırılıb ki, AMEA ilə birlikdə bölmənin tərkibinə daxil edilmək məqsədilə Humanitar Tədqiqatlar İnstitutunun, Diyarşünaslıq İnstitutunun, Nizami Gəncəvi Mərkəzinin, Bioresurslar İnstitutunun, Nəbatat Bağının, Ekologiya və Təbii Ehtiyatlar İnstitutunun və Aqrar Problemlər İnstitutunun yaradılmasını təmin etsin.

 

 





19.12.2012    çap et  çap et