525.Az

İsrailin turizm şirkəti Bakı istiqamətində uçan aviareyslərə saxta biletlər satır


 

İsrailin turizm şirkəti Bakı istiqamətində uçan aviareyslərə saxta biletlər satır<b style="color:red"></b>

İsrailin paytaxtı Təl-Əvivdə yerləşən “Travelnet” turizm agentliyi Bakı istiqamətində yerinə yetirilən aviareyslərə saxta bilet satışı ilə məşğuldur.

Bu barədə “APA-Economics”ə “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyasının (“Azİz”) mətbuat xidmətindən bildirilib.
 
Məlumatda qeyd edilir ki, bu turizm agentliyindən bilet alan hər bir kəsə təcili qaydada onları geri qaytarmaq tövsiyə olunur.
 
Şirkət Təl-Əviv şəhəri, Ben Yehuda küç. 17 ünvanında yerləşir.
 
Biletlərin saxta olub-olmadığını yoxlamaq üçün “Azərbaycan Hava Yolları” QSC-nin İsrail nümayəndəliyinə müraciət etmək olar.

 





15.07.2015    çap et  çap et