525.Az

Sumqayıtı sel basdı


 

Sumqayıtı sel basdı<b style="color:red"></b>

Sumqayıt şəhəri Yaşma bağları massivində bir neçə evi və evlərin həyətyanı sahəsini su basıb.

525.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhəri Yaşma bağları massivində qarın intensiv əriməsi səbəbdən bir neçə fərdi yaşayış evi və həyətyanı sahələr su ilə dolub, insanlar həmin evlərdə köməksiz vəziyyətdə qalıblar.
 
FHN Sumqayıt Regional Mərkəzinin və Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub, müvafiq qurumlar məlumatlandırılıb. Keçirilmiş xilasetmə əməliyyatları nəticəsində köməksiz qalan 3 sakin xilas edilib.

 





20.12.2012    çap et  çap et