525.Az

Rusiyada qadınlar hərbi xidmətə gedəcəklər


 

Rusiyada qadınlar hərbi xidmətə gedəcəklər<b style="color:red"></b>

Rusiya Dövlət Dumasında ölkənin qadın vətəndaşlarının öz arzusu ilə orduda müddətli hərbi xidmət keçməsini nəzərdə tutan qanun layihəsi hazırlanır.

APA-nın “İzvestiya” qəzetinə istinadən xəbərinə görə, məqsəd Rusiya ordusunda əsgər çatışmazlığı problemini həll etməkdir.
 
Qanun layihəsinin müəllifləri cinsindən asılı olmayaraq, bütün vətəndaşların hərbi xidmət keçdiyi İsrail ordusunu nümunə göstərirlər.
 
İsrail Müdafiə Nazirliyi mətbuat xidmətinin əməkdaşı Anna Ukolova qadınların orduda hərbi xidmət keçməsinin müsbət nəticələr verdiyini bildirib. Lakin o, Rusiya ərazisinin böyük olması səbəbindən qadınların hərbi xidmətə çağırılmasının müsbət nəticələr verəcəyinə inanmır: “İsraili ərazisi kiçik olduğundan, qadınlar hərbi xidmət zamanı heç bir maneə olmadan ailə qayğıları ilə məşğul ola bilərlər. Rusiyada isə hərbi xidməti, bildiyim qədər, evdən uzaqda keçirlər”.

 





20.12.2012    çap et  çap et