525.Az

CNN telekanalı Şəki haqqında reportaj hazırlayıb


 

CNN telekanalı Şəki haqqında reportaj hazırlayıb<b style="color:red"></b>

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə Amerikanın nüfuzlu CNN telekanalı arasında əməkdaşlıq çərçivəsində ölkəmizin ən qədim şəhərlərindən biri olan Şəki haqqında reportaj hazırlanıb.

525.az-ın məlumatına görə, reportajda tarixi Böyük İpək Yolunda yerləşən Şəkinin turizm potensialından, zəngin tarixindən və mədəniyyət abidələrindən, sənət nümunələrindən və təbii resurslarından bəhs olunur.

CNN telekanalı qeyd edir ki, sovet dövründə Şəki regionun ipək istehsalı mərkəzi olub. Hazırda ipək istehsalı müasir texnologiyalarla həyata keçirilir. Reportajda Şəki sakinlərinin qonaqpərvərliyindən və xüsusi yumor hissindən danışılır.

GÜNEL

 





20.12.2012    çap et  çap et