525.Az

Tarixin bu günü Bakı rəsmən paytaxt elan edilib


 

Tarixin bu günü Bakı rəsmən paytaxt elan edilib 1918-ci il 17 sentyabrda Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti üç ay fəaliyyət göstərdiyi Gəncədən Bakıya köçüb. Bakı rəsmən Cümhuriyyətin paytaxtı elan edilib.

Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Nazirlər Şurası Bakıda verdiyi ilk bəyanatda bolşeviklərin «Bakı Kommunası»nın və eser-menşevik-daşnak «Sentrokaspi» hökumətinin qəbul etdiyi bütün qərar və dekretlərin öz qüvvəsini itirdiyini, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin milli, dini ayrı-seçkilik etmədən ölkənin bütün əhalisinin hüquqlarını qoruyacağını bəyan edib.
 





17.09.2012    çap et  çap et