525.Az

AŞPA-nın qış sessiyasının gündəliyi açıqlanıb


 

AŞPA-nın qış sessiyasının gündəliyi açıqlanıb<b style="color:red"></b>

Azərbaycanın Avropa Şurası qarşısında öhdəliklərinin yerinə yetirilməsinə dair hesabat yanvarın 23-də müzakirə olunacaq

Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə həsr olunmuş hesabat AŞPA-nın yanvarın 21-25-də Strasburqda keçiriləcək qış sessiyasının gündəliyinə daxil edilib.

APA-nın məlumatına görə, həmməruzəçilər Pedro Aqramunt və Jozef Debono Qrexin hazırladığı hesabat, həmçinin Kristofer Ştrasserin “Azərbaycanda siyasi məhbuslar məsələsində atılmalı olan addımlar” adlı hesabatı sessiyanın 23 yanvar tarixli iclasında müzakirə olunacaq.

Bundan başqa qış sessiyasının gündəliyinə AŞPA-nın prezident və vitse-prezidentlərinin seçilməsi, Kosovoda vəziyyət, Avropa Yenidənqurma və İnkişaf Bankının fəaliyyəti, “Gürcüstan və Rusiya: münaqişə zonalarında humanitar vəziyyət” adlı hesabat, Avropada azad media ilə bağlı vəziyyət, gender bərabərliyi, əmək miqrantlarının traffikinqi kimi məsələlərin müzakirəsi daxil edilib.

 





20.12.2012    çap et  çap et