525.Az

"Münaqişə ilə bağlı fəaliyyətimiz iki istiqamətdədir”


 

"Münaqişə ilə bağlı fəaliyyətimiz iki istiqamətdədir”<b style="color:red"></b> “ABŞ Senatının Təxsisatlar Komitəsinin ayırdığı maliyyə yardımı Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkən insanlar üçün nəzərdə tutulub”.
 
APA-nın verdiyi xəbərə görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.
 
Səfir Azərbaycana göstərilən yardımın 115 milyon ABŞ dollarına çatdığını qeyd edib: “Dağlıq Qarabağ münaqişəsi barədə danışarkən qeyd etmək istərdim ki, bu münaqişənin mövcudluğu acınacaqlı faktdır. Yardım barədə isə onu bildirim ki, yardım bilavasitə Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkən insanlar üçün nəzərdə tutulan bir vəsaitdir.
 
Bizim münaqişə ilə bağlı fəaliyyətimiz iki istiqamətdədir. Onlardan biri bilavasitə münaqişədən əziyyət çəkən insanlara yardım göstərilməsidir. Digər istiqamətlə isə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik məşğuldur. O, bu istiqamətdə çox fəal çalışır, bilavasitə Minsk Qrupu çərçivəsində iki dövlətin hökumətlərini bir araya gətirərək, münaqişəsinin sülh yolu ilə həllinə dair danışıqların həyata keçirilməsinə səy göstərir”.
 
Yardımların hansı meyarlar əsasında ayrılması və nə üçün regionun digər münaqişə zonalarına deyil, məhz Dağlıq Qarabağa ayrılması barədə APA-nın sualına cavab verən səfir bildirib ki, hər münaqişənin özünəməxsus xüsusiyyəti var: “Məhz bu zəmində biz məsələlərə fərdi tərzdə yanaşırıq. Biz Gürcüstana yardımlar göstəririk, sadəcə bizim yanaşmamız fərqlidir. Eyni şəkildə biz Moldova, Afrika, Ukraynaya da yardımlar edirik”.
 





19.07.2015    çap et  çap et