525.Az

Dizel istehsalı artıb


 

Dizel istehsalı artıb<b style="color:red"></b>

2015-ci ilin yanvar-iyun aylarında Azərbaycanda 1,48 milyon ton dizel yanacağı istehsal olunub ki, bu da 2014-cü ilin analoji dövründəki göstəricidən 21,7 faiz çoxdur.
 
Trend xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yanvar-iyun aylarının yekunları üzrə hesabatında deyilir.

Hazırda Azərbaycanda yanacağa olan tələbatın artması ilə əlaqədar ölkədə neft məhsullarının yeganə istehsalçısı SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) mövcud emal zavodlarının modernləşdirilməsi üzrə işlər görür.

Ümumilikdə bu ilin yanvar-iyun aylarında Azərbaycanda təqribən 3,1 milyon ton neft məhsulları istehsal olunub. 2014-cü ilin analoji dövründə bu rəqəm 2,2 milyon tondan çox olub.

 





20.07.2015    çap et  çap et