525.Az

İlham Əliyevdən Ərdoğana başsağlığı


 

İlham Əliyevdən Ərdoğana başsağlığı <b style="color:red"></b> Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

525.az-ın məlumatına görə, başsağlığında deyilir:
 
"Şanlıurfa vilayətinin Suruç rayonunda törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!"
 





21.07.2015    çap et  çap et